"Flora Kərimova ilə doğma bibiqızı, dayıoğluyuq. Atam şuşalı, anam naxçıvanlıdır. Flora xanımın isə atası Qəbələdən, anası Şuşadandır”.
Teleqraf.com xəbər verir ki, bu sözləri "Elgizlə izlə" verilişində əməkdar artist Cavanşir Məmmədov Flora Kərimova ilə qohumluq əlaqəsindən danışarkən deyib.
Cavanşir Məmmədov aparıcının "İlhamə Quliyeva da sizin qohumunuzdurmu" sualına isə cavada deyib: “İlhamə Quliyeva qohumum yox, yaxın dostum idi. İlhamə Quliyeva zarafatla mənə deyirdi ki, “sənin bibin qızı mənəm, Flora yox”. Mən isə cavabında deyirdim ki, “yox, Flora bibim qızıdır, mənim ağbirçəyimdir”. Flora xanım evdən çıxan adam deyildi. Amma İlhamə xanımla axşam yeməklərində görüşürdük".
Cavanşir Məmmədov onu da deyib ki, İlhamə Quliyeva ona çox güvənib: "İlhamə xanım məni çox istəyirdi. Hətta satdığı mənzilin pulunu mənə vermişdi. İki ay evdən çıxmadıq ki, birdən ev yanar, hansısa hadisə baş verə bilər. Deyərlər ki, bilə-bilə etdi ki, pulu verməsin".