Aparıcı Zaur Baxşəliyev aparıcılıq etdiyi "Bizimləsən" verilişində küsülü olduğu həmkarı Xoşqədəm Hidayətqızı haqqında etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Zaur Baxşəliyev bu sözləri deyib:
"Mən heç kimlə düşmən deyiləm. Verilişim vasitəsilə Xoşqədəm Hidayətqızına, Lalə Azərtaş, Elgiz Əkbərə də uğurlar arzu edirəm. Hər kim ki, sosial layihədə əziyyər çəkir, insanların xidmətindədir. Mənim heç kim ilə problemim ola bilməz, mümkün deyil. Çünki hamımız bu insanların həyatı üçün çalışırıq.
Mən onları o qədər gözəl başa düşürəm ki, ümid edirəm ki, onlar da məni başa düşürlər, anlayırlar. Çünki hamımız bu xalqa xidmət etməyə çalışırıq".