12 Oktyabr 2023 16:01
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Apellyasiya Məhkəməsində qalib gələn şairə Nazilə Səfərli qalmaqal yaşadığı rəqqasə Fatimə Fətəliyeva ilə heç barışmayacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Nazilə Səfərli "Elgizlə izlə" verilişində bu sözləri deyib: "Vəkilim bu işlərlə məşğuldur. Məhkəmə predmeti olduğuna görə danışmamaq qərarına gəldim. Amma heç vaxt Fatimə Fətəliyevanı bağışlamayacam. Sona qədər gedəcəm. Harada haqqımda danışıbsa, orada da məndən üzr istəsin. O zaman ərizəm geri götürərəm".

Rəqqasə Fatimə Fətəliyeva isə şairəyə cavabında "Mən heç kimlə barışmıram. Barışmaq fikrim də yoxdur. Bunu açıq deyirəm. Hər kəsin fikrinə böyük hörmətlə yanaşıram. Amma həyatda elə şeylər var ki, onlar toxunulmazdır. O insan dayanmasa mən məhkəməyə müraciət edəcəm",-deyə cavab verib.

Qeyd edək ki, Nazilə Səfərli Apellyasiya Məhkəməsində qalib gəlib. Qərara əsasən, rəqqasə qarşı tərəfdən üzr istəməli və 500 manat təzminat ödəməlidir.





Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər