16 Yanvar 2015 16:36
1 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Forsaj" filmləri ilə məşhurlaşan Mişel Rodrigez həmişə şəxsi həyatı bağlı maraqlı açıqlamalar verib.

Teleqraf.com “Hürriyet”ə istinadən xəbər verir ki, aktrisa bu dəfə “İnterview” jurnalı üçün kamera qarşısına keçib. Dərgiyə müsahibəsində şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar da verib.

36 yaşlı aktrisa “Resident Evil: Retribution” filmində birlikdə rol aldığı aktrisa Mila Yovanovicin suallarını cavablandırıb.

M.Rodriqez “həyatım boyunca biriylə ailə qura biləcəyimə əmin deyiləm” söyləyib. “Mən tənha canavaram” deyən aktrisa uzun müddətli münasibətlərə dözə bilmədiyini də bildirib: "Çoxlu yaxın dostum var. Onlar da bilirlər ki, uzunmüddətli sevgilərin adamı deyiləm. Gələcək uşağımın atasının kim olacağı barədə fikirləşəndə dəhşətə gəlirəm. Əgər uğurlu namizədim olarsa, bu həyatımı tamam dəyişə bilər".

Aktrisa müsahibəsində nə vaxtsa uşaq istəsə bunu daşıyıcı ananın köməyi ilə edəcəyini bildirib: “Sadəcə sevmək istəyirəm. Ondan sonra ailə və uşaq barədə düşünə bilərəm".

Qeyd edək ki, aktrisa ötən il əvvəlcə model Kara Delevinqe ilə sonra isə aktyor Zak Efronla da bir müddət sevgili olub.

Teleqraf.com aktrisanın fotolarını təqdim edir:

Rüstəm


Müəllif: