Dizayner Gülnarə Xəlilovanın "Kolaj" kolleksiyası Qazaxıstanın Aktau şəhərində "Tengri Fashion Week Kazakhstan" çərçivəsində uğurla təqdim olunub.
Teleqraf.com xəbər verir ki, dəfilədə axşam libasları və klassik geyimlər təqdim edilib.
"Kolaj" kolleksiyası böyük maraqla qarşılanıb və alqışlarla başa çatıb.
"Tengri" Moda Həftəsi ənənəvi olaraq Qazaxıstanda Yerlan Yerubayevin PR agentliyi tərəfindən təşkil olunur. Əsas məqsəd türk dünyası dizaynerlərinin əsərlərini nümayiş etdirmək, ümumi mədəni dəyərlər əsasında birləşmək, türkdilli ölkələr arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirməkdir.
Kolleksiyalarını Qazaxıstan, Türkmənistan və Özbəkistandan olan dizaynerlər də təqdim ediblər.
Qeyd edək ki, Gülnarə Xəlilova Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.