2 Noyabr 2023 18:43
1 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Buxarestdə Türkiyə Cümhuriyyətinin 100 illiyi və Türkiyə ilə Rumıniya arasında diplomatik əlaqələrin qurulmasının 145 illiyi münasibətilə azərbaycanlı dizayner Gülnarə Xəlilovanın "Qarabağ və Türk Dünyası" kolleksiyasının təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, "Rumıniya-Türkiyə dostluğu, mədəniyyəti və yaradıcılığı axşamı" tədbirində təqdim olunan kolleksiya qonaqların böyük marağına səbəb olub.

Tədbirdə dövlət və ictimai xadimlər, mədəniyyət, elm və biznes nümayəndələri iştirak ediblər.

Rumıniya-Türkiyə Ticarət və Sənaye Palatasının təşkilatçıları tərəfindən Gülnarə Xəlilova Türk dünyasının dəyərlərinin inkişafına və təbliğinə verdiyi töhfəyə görə Türkiyə Cümhuriyyətinin 100 illiyi şərəfinə xüsusi ödülə layiq görülüb. Ödül Rumıniya-Türkiyə Ticarət və Sənaye Palatasının sədri Tamer Atalay tərəfindən təqdim edilib.

Qeyd edək ki, Gülnarə Xəlilova Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəridir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər