Müğənni Elnarə Xəlilova ilə aparıcı Zaur Baxşəliyev arasında "Bizimləsən" verilişində gərgin anlar yaşanıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb Elnarə Xəlilovanın "Təbliğatda ən böyük rol televiziyaların payına düşür. Televiziyada nəyi təbliğ etsəniz və tamaşaçılara nəyi “yedizdirsəniz” o da “yeyiləcək”, təbliğ olunacaq, onu da insanlara təlqin edəcəksiniz. O zövqü də formalaşdıracaqsınız. O zaman televiziyalar və ifaçılar da az idi. İndi dəhşətdir. O vaxt hər yoldan keçənin efirə çıxmasına imkan vermirdilər",- fikrini bildirməsi olub.
Zaur Baxşəliyev isə müğənniyə "Düşünmürəm ki, televiziyalar kütlənin sevdiklərini təqdim etməyə çalışır. Sizin sənətə gəldiyiniz illərdə hansı mahnılar populyar idi? Sən, Röya Ayxan, Aygün Kazımova hansı mahnı ilə sevildiniz? O vaxt da bayağı musiqi dediyimiz musiqilər var idi. “ABA” kanalında bayağı dediyimiz musiqilərə az kliplər çəkilmişdi?",-cavab verib.
Müğənni isə aparıcıya “ABA” kanalında o mahnıları tənqid edən “Qatıq kliplər” adlı rubrika vardı. Xatırlayırsınız",-deyib.
Zaur Baxşəliyev isə fikrinə bu sözlərlə davam edib: "Qatıq kliplər” dediklərinizi qatıqlaya-qatıqlaya gəlib populyar edirlər. Adam necə populyar olur? Ağılla-başla, sakit-sakit populyar ola bilmir axı... ”.