Azərbaycanı 2020 və 2021-ci illərdə Avroviziya Mahnı Müsabiqəsində təmsil edən müğənni Samirə Əfəndi "De varmı" adlı musiqi kompozisiyasını bütün aparıcı musiqi platformalarında təqdim edib.
Teleqraf.com xəbər verir ki, mahnının bəstəkarı Cəmil Məmmədli, sözlərin müəllifi isə Orxan Zeynallıdır. "De varmı" çətin ayrılıq duyğusu hiss etdirən, hər notu, hər sözü ilə dərin hisləri aşılayan bir musiqidir.
"De varmı" bir çoxumuzun həyatında yaşanılmış hekayədir. Bu, güc tapmaq, hətta ayrılığın öz gözəlliyi və yeni başlanğıc üçün hər zaman ümidin olduğunu aşılayan bir musiqidir",- deyə, müğənni bildirib.
"De varmı" kompozisiyası Spotify, Apple Music, YouTube və s. bu kimi populyar musiqi platformalarında dinləyicilərə təqdim olunub.