30 Noyabr 2023 13:45
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bayağı musiqinin dinlənilməsi məsələsi müzakirə edildi. Problem odur ki, radionu açırsan, bayağı mahnı eşidirsən. Problem odur ki, televizoru açırsan, həmin bayağı mahnını oxuyanı görürsən".

Teleqraf.com xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan "Mədəniyyət və Yaradıcı Sənayelər Forumu"nda çıxışı zamanıəməkdar artist Sevda Ələkbərzadə deyib.

Onun sözlərinə görə, televiziya və radiolarda bayağı musiqi ifa edənləri artıq sənətkar sayırlar:

"Bizim musiqi sahəmiz hara gedir?! Niyə mən radioda bayağı musiqiləri dinləməliyəm? Uşaqların o musiqiləri dinləməsini istəmirəm. Uşaq bayağı və normal musiqinin nə olduğunu bilmir. Nəyi eşidirsə, onu qəbul edir. Biz özümüzü bundan qorumalıyıq.

Təklif gəlir, deyirəm ki, filan verilişə çıxmıram. Niyə? Çünki həmin verilişə baxıram. Görürəm, məndən əvvəl iştirak edən qonağı elə təqdim ediblər ki, deyirəm, sağ olun, mən orada iştirak etmək istəmirəm.

Mən televiziya və radioda da professional musiqiçilər görmək istəyirəm. Musiqi intellektual səviyyədir, dünyagörüşdür".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər