6 Dekabr 2023 18:48
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Vəfa Şərifova MTV Azərbaycan kanalında iş adamı, həyat yoldaşı Famil Xəlilovla ayrılmasından danışıb.

Teleqraf.com xəbər verir ki, Vəfa Şərifova bu sözləri deyib: "Həyat yoldaşımdan ayrılıq qərarı vermişəm. Gələcək nə göstərəcək, bilmirəm. Qərarım zamanla dəyişərmi, bilmirəm. Qərarım düşüncələrimin dəyişməsinə bağlıdır. Heç vaxt həyat yoldaşımın əziyyətini itirmərəm. Allahdan arzu edirəm ki, hər kəsin qismətinə onun kimi gözəl insan çıxsın".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər