Türkiyənin məşhur aktrisası Fahriye Evcen həyat yoldaşı Burak Özçivitlə münasibətindən danışıb.
Teleqraf.com xəbər verir ki, aktrisa şəxsi həyatda xoşbəxt olmasının sirrini açıqlayıb:
"Münasibətdə ilk növbədə özünü xoşbəxt etməyi bacarmaq, tarazlığı qorumaq, hər zaman sevməyi seçmək vacibdir. Əgər qarşındakı şəxs də tarazlıqdadırsa, bu münasibət davam edir. Fərqli axtarışda olmadan hər anın dəyərini və gözəlliyini görə bilmək lazımdır".
Aktrisa övladlarından da söz açıb: "Ana olandan bəri hər kəsdə o kiçik uşağı görürəm. Ona görə də mən özümə və insanlara daha mərhəmətli yanaşıram. Bütün günü tək narahatçılığım Kaan və Kərəmi doyunca öpmək, qoxulamaqdır”.
Qeyd edək ki, Fahriye Evcen və Burak Özçivit 2017-ci ildə ailə qurublar.