Türkiyənin məşhur müğənnisi Mabel Matiz 2019-cu ildə aldığı “Altın Kelebek” mükafatını satışa çıxarıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Satış saytlarından birinə yerləşdirən elan “Yalnız bir dəfə alınıb, alındığı gündən qutudadır” şərhi ilə paylaşılıb.
Mükafat 5 TL (0,29 AZN) dəyərində satılır.
Xatırladaq ki, M. Matizin 4 il öncə aldığı “Ən yaxşı kişi müğənni” mükafatını bu il təşkil edilən “Altın Kelebek”də həmkarı Edis qazanıb.