Türkiyənin TV 8 kanalının rəhbəri Acun Ilıcalı şoumen Mehmet Ali Erbilin iddiallarına sərt şəkildə cavab verib.
Teleqraf.com xəbər verir ki, Acun Ilıcalı Mehmet Ali Erbilin onun müxbirlikdən necə bu qədər tez yüksəldiyini vurğulayaraq "çirkli pulların yuyulmasına" işarə etməsinə belə cavab verib: "Çarkıfelek" proqramını çəkməsinə icazə vermədiyimiz üçün əsəbiləşir, bunu anlayırıq. Niyə prodüserlə aparıcının eyni pulu qazanacağını düşünürük?".
Qeyd edək ki, Mehmet Ali Erbil müsahibələrinin birində Acun Ilıcalı haqqında "Onun media rəhbəri olmasının izahını başa düşmürəm" deyərək çirkli pulların yuyulmasına eyham vurub.