7 Yanvar 17:16
1 885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aygün Hümmətovanın (“Bəylər” deməyin, yazmayın) həyat hekayəsi o qədər ağırdır ki, eşidənlər inanmaz bəlkə də. Elə bir serial, ya film yoxdur bənzətməyə...".

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri ötən gün Ankarada dünyasını dəyişən əməkdar artist Aygün Hümmətova (Bəylər) haqqında yazarkən bildirib: "Ondan insanlar o qədər istifadə ediblər ki, fiziki, mənəvi, maddi... İndi hamı deyir, sənətkarı itirdik. Ona bu həyatda çox az adam dəstək oldu.

Ondan istifadə edən insanların isə sayı-hesabı yoxdur. Saymaqla bitməz. Gözünü açandan bu dünyada insanlardan ancaq əziyyət gördü. Balasından nigaran getdi.

Bir qadına bu həyat niyə bu qədər dərd verdi, bilmirəm. Düşündükcə, dəli oluram.

On dörd yaşlı Canan Aygünün əmanətidir. Aygünün əmanətini qorusunlar, oxutdursunlar, sahib çıxsınlar. O dünyada heç olmasa, rahat olsun".




Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər