9 Yanvar 12:45
2 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Leyla Quliyeva mərhum əməkdar artist Aygün Hümmətova (Bəylər) haqqında paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, aparıcı sosial media hesabında bu sözləri yazıb: "Vida sözüm qalıb. Bir tərəfdən istəyirəm onu da deyib nöqtə qoyum, digər tərəfdən dilim gəlmir, nöqtə qoysam geri dönüş olmayacaq. Mən ayrılıqları sevmirəm axı. Mən ayrılıqlardan qorxuram. Mən vidalaşmağı bacarmıram. Mən vidalaşmağa hazır deyildim. Deyəcəksiz, vidalaşmağa heç kim hazır olmur. Özü də həmişəlik vidalaşmağa... Ağırdır.

Şəkillərə baxıb, səsinizi xəyalən eşitmək, danışıqlarımızı yada salmaq çox ağırdır. Bəlkə sizdən küssəydim belə yandırmazdı? Küsməyə haqqım da var, biz belə danışmamışdıq! Bizə qonaq gələcəkdiniz. Düz eləmədiz. Küsdürdünüz məni. Barışmaq üçün gərək qucaqlaşaq. Şəkildəki kimi... Heyif ki, şəkilləri qucaqlamaq olmur. Yeriniz behişt olsun. Vaxtı gələr, görüşərik!"


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər