17 Yanvar 14:40
6 761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Kübra Əliyevanın nəticəsinin doğum günündən yayılan video sosial mediada birmənalı qarşılanmayıb. Əməkdar artistin nəvə və nəticəsinin rus dilində danışması tənqid edilib. Onların içkili olduğu da iddia edilib.

Kübra Əliyeva Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Nəticəmin ad günü idi, 17 yaşı tamam oldu. Məkanların birində qeyd etdik. Elə bir video çəkmək nəticəmin ideyası idi, gözəl də alındı. Bir nəticəm də Türkiyədədir.

Bizim əlimizdəki içki yox, armud limonadıdır. Biz spirtli içki içən deyilik. Nə mən, nə də qızım içki içirik. Deyirlər, içki içiblər, ayıbdır. Onlar paxıl insanlardır. Allah onları da islah etsin.

Rus dili məsələsinə gəlincə, nəvəm rus dilində oxuyur. Rus və ingilis dillərini yaxşı bilir. İndi iş üçün hansı idarəyə gedirsən rus dili biliyini soruşurlar. Nəticəm ad günündə rus dilində danışdı, biz də davam etdik. Bu, onun istəyi idi".

Qeyd edək ki, videoda əməkdar artist, onun qızı, nəvəsi və nəticəsi yer alıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər