Aparıcı Ranar Musayev xalq artisti Aygün Kazımovanın 1,4 milyondan çox izləyicisi olan səhifəsinin oğurlanması ilə bağlı paylaşım edib.
Teleqraf.com xəbər verir ki, Ranar Musayev rəsmi İnstaqram səhifəsində bu sözləri qeyd edib: "Aygün deyir: Sənə olan sevgim məni zibilə saldı. Sadəcə, səhifəmi qıran haker Divaya bədxah "atkoronainstavirus" linkini göndərib. O da elə bilib mənəm, daxil olub. Beləcə, profil gedib. Bu şəkli indi səhifəmə qayıdanda düşündüm ki, sanki Aygün məndən inciyib. Mən də üzr istəyirəm, amma anlayır ki, bizlik deyil. Şəkilləri pozmaq olar, əsas tarixə yazılan ad pozulmazdır. Amma artıq stresdən qorunmaq üçün hamı diqqətli olsun. Çəhrayı at, başında tac səhifəniz üçün təhlükəlidir. Ola bilsin başqa növü də var".
Qeyd edək ki, səhifəni oğurlayan şəxslər Aygün Kazımovadan 10 min avro istəyib.