29 Yanvar 12:35
1 883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Afaq Gəncəli illərdir küsülü müğənni Nura Suri ilə barışıb.

Teleqraf.com xəbər verir ki, aparıcı bu haqda MTV Azərbaycan kanalında məlumat verib:

“Kinli deyiləm. Uzun-uzadı küsülü qala bilmirəm. Səidə Sultanın toyunda eyni masada əyləşsək də, görüşmədik. Bu küsülülüyü boş verək. Aramızda heç nə olmadı, “salam, əleyküm salam, sağ-salamat..." Nə olursa-olsun bir müddət sonra hər şey yadımdan çıxır. Bir də görürsən ki, danışmadığım adama qeyri-ixtiyari salam verə bilirəm. Sonra düşünürəm ki, yaxşı etdim, ürəyimdən gəldi. Deməli, daxilimdə kin yoxdur”.

Qeyd edək ki, Afaq Gəncəli ilə Nura Surinin küsülülüyünə səbəb aparıcının Ayan Babakişiyevaya şəxsi həyatı haqda ünvanladığı sual olmuşdu.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər