İŞİD-ə qoşulan keçmiş Fransa əsgərlərinin İraq və Suriyadakı qarşıdurmalara qatıldığı bildirilib.
Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, Fransa ordusunun 10 keçmiş əsgəri İŞİD sıralarına qoşulub.
Ordu səlahiyyətlilərinin məlumatına görə, əsgərlər arasında radikal meyllər güclənməkdədir:
"Bizim dərdimiz əsgərlərin vəziyyəti deyil. Dərdimiz təhlükəsizlik güclərimiz arasındakı radikallaşma faktının qarşısını almaqdır".
Müdafiə Nazirliyindən verilən açıqlamada hadisə ilə bağlı İŞİD-in döyüşçü toplama fəaliyyətinin yaxından izlənilməsi üçün min nəfərlik kəşfiyyat qrupu səfərbər edilib.