25 Yanvar 2015 08:19
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kainat gözəli-2015” müsabiqəsinin finalı yanvarın 25-də ABŞ-ın Doral şəhərində (Florida ştatı) keçiriləcək. Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, müsabiqənin final mərhələsində 88 ölkənin təmsilçisi iştirak edir.

Onlar yanvarın əvvəllərində Doral şəhərinə gələrək gündəlik məşqlər edib, foto-çəkilişlər aparıb və münsiflər heyətinə müsahibələr veriblər. Əsas şoudan bir neçə gün əvvəl müsabiqənin yarımfinalı keçirilib və aralıq hakimlər briqadası 15 finalçını seçib.

Lakin onların kimlər olduğu bilinmir. Favoritlərin adları final şousunun başlanğıcında açıqlanacaq. Bundan sonra əsas münsiflər heyəti seçimi davam etdirəcək. Qalib qiymətli tacla mükafatlandırılacaq və Nyu-York şəhərində bir il pulsuz yaşamaq hüququ qazanacaq.

Çexiyanın Diamonds International Corporation şirkəti tərəfindən ağ qızıldan hazırlanmış tacın çəkisi 411 qram, dəyəri 300 min dollardır. Qeyd edək ki, “Kainat gözəli” müsabiqəsi 1952-ci ildən keçirilir.


Müəllif:

Oxşar xəbərlər