Xalq artisti Rasim Balayev birləşmiş kino ittifaqlarının sədrliyinə namizədliyindən danışıb.
Teleqraf.com-a açıqlamasında o bildirib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı martın 5-ə təyin edilib.
Xalq artisti sədr postuna onunla birlikdə bir neçə şəxsin namizəd olacağını bildirib: "Mənimlə birlikdə bir neçə nəfərin də namizədliyi irəli sürüləcək. Nəticə səsvermə ilə müəyyənləşəcək".
"Sədr seçilərsinizsə bu sahədə nələri dəyişmək istərdiniz" sualına isə Rasim Balayev "Bundan sonra sədr seçilərəmsə, gələcək planlarımızı quracağıq", - deyə cavab verib.