Müğənni Xatirə İslam ilə aparıcı Afaq Gəncəli küsülülüyə son qoyublar.
Teleqraf.com xəbər verir ki, onlar müğənni Sevda Yahyayevanın övladlarının məclisində bir araya gəliblər.
Xatirə İslam Afaq Gəncəli ilə fotosunu İnstaqramda hekayə bölümündə paylaşıb.
Qeyd edək ki, Afaq Gəncəli bir müddət əvvəl Xatirə İslamın efirə çıxmaq üçün qonorar istəməsinə “Xatirə toylardan qazanır, efirə çıxmağa görə pul istəməsi yersizdir”, - demişdi. Bu isə ikili arasında qalmaqala səbəb olmuşdu.
Aparıcı isə müğənniyə "Xatirə İslam ilə telefonda danışdım, ona dedim ki, sənin şəxsiyyətini təhqir edən fikir səsləndirməmişəm", - deyə cavab vermişdi.