Müğənni Şəbnəm Tovuzlu həmkarı Şəbnəm Tapdıqla fevralın 27-də baş tutacaq məhkəmə prosesindən danışıb.
Şəbnəm Tovuzlu Teleqraf.com-a açıqlamasında məhkəmədə özünün deyil, vəkilinin iştirak edəcəyini deyib: "Əgər məhkəmədən məktub gəlibsə, vəkilim iştirak edər".
Qeyd edək ki, ifaçıların məhkəməsi Nəsimi rayon Məhkəməsində baş tutacaq. Şəbnəm Tapdıq məhkəməyə müraciət edərək Şəbnəmin adını dəyişməsini tələb edir.