14 May 2014 12:03
1 990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Facebook-un yaradıcısı Mark Zukerberqin doğum günüdür.

Teleqraf.com xəbər verir ki, Mark Zukerberq 1984-cü il mayın 14-də Nyu-Yorkun Uayt-Pleyns ştatında, əslən yəhudi olan həkim ailəsində doğulub.

M.Zukerberqin atası stomatoloq, anası isə psixoloq olub.

O, 3 bacının 1 qardaşıdır.

Hələ orta məktəbdə oxuyarkən, Mark kompyüter proqramları ilə maraqlanıb.

M.Zukerberq 2004-cü il fevralın 4-də Harvard Universitetinin tələbələri ilə Facebook sosial şəbəkəsini yaradıb. Sosial şəbəkə universitetin tələbələri arasında ünsiyyət üçün yaradıb. Lakin tezliklə onun üstünlüklərini əvvəlcə başqa universitetlərin tələbələri, sonra şagirdlər, daha sonra isə bütün dünyadan olan istifadəçilər dəyərləndirməyə başlayıb.

Məhz bu sosial şəbəkə sayəsində Mark dünyanın ən cavan milyarderi olub. O, Facebook kompaniyasının 24 faizinə sahibdir.

2010-cu ildə “Time” jurnalının “İlin adamı” elan etdiyi Mark, 2012-ci ildə sevgilisi Prissilla Çanla evlənib.

Mark Zukerberqlə bağlı olan maraqlı faktaları da diqqətinizə çatdırırıq.

O, 2013-cü il iyunun 30-da San-Fransiskoda keçirilən geylərin paradında iştirak edib.

Zukerberq deyteranopiyadan əziyyət çəkir, qırmızı və yaşıl rəngləri Facebook-un əsas rəngi olan göydən daha çətinliklə ayırd edir.

Mark Facebook-dan qeydiyyatdan keçən 4-cü adamdır. Belə ki, ilk üç qeydiyyatı o, Facebook-u yoxlamaq üçün edib.

GQ-nın versiyasına görə, Mark Kremnieva vadisinin ən zövqsüz geyinən sakinidir.

Aytən Həsənova


Müəllif: