Mərhum xalq artisti Habil Əliyevin qızı Vəfa Əliyeva Arb televiziyasında yayımlanan “O üz” verilişində atasından danışıb.
Teleqraf.com xəbər verir ki, Vəfa Əliyeva bu sözləri deyib: “Yadımdadır, atamın kamançası xarab olanda və ya ustaya ehtiyacı olanda ustanı evə dəvət edirdi. Saatlarla qapı bağlı olurdu, içəridə kamançanı düzəltməyə çalışırdılar. Habil müəllim istədiyi səsi və ifanı ala bilməyəndə sanki həyatı sönürdü. Yeməyini də unudurdu, günlərlə öz otağına qapılırdı. Anam rəhmətlik qapını döyüb deyirdi ki, öldün acından... Sanki heç nə eşitmirdi, o dərəcədə aludə olurdu”.
Vəfa Əliyeva onu da qeyd edib ki, mərhum atası xaraktercə kaprizli insan olub: “Həssas və çətin adam idi. Bizim evimizə heç zaman incəsənət adamları gəlməyib. Buna icazə verməyib. Atamın sənət dostları olub, onlarla yalnız çöldə görüşüb. Yalnız Ehtiram Hüseynov və Babək Niftəliyev evimizdə olublar. Onlara öz övladı kimi baxırdı".
Qeyd edək ki, Habil Əliyev 2015-ci ildə vəfat edib.