6 Aprel 21:52
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gənc olanda gəncliyimizin dəyərini bilmirik. Gənclik gözəllikdir. Gənclik hər şeydir, həyatdır. Qocalığı sevmirəm. O insanların səmimiyyətinə inanmıram ki, "qocalıq gözəldir" deyir. Qocalığın nəyi gözəldir?"

Teleqraf.com xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli "Onunla açıq söhbət" verilişində qonaq olarkən deyib.

O, qocaldıqca insanların tənha qaldığını bildirib:

"Mənim üçün qocalığın daha çox sevmədiyim tərəfi ətrafın seyrəlməyidir. Şahidi olmuşam, elə bir ahıl insanın ki, ətrafı çox geniş, gözəl dostları olub. Onlar bir-bir sıradan çıxdıqca daha tənha və sonda tək qalıb. Bax, o çox ağırdır. Ahıl yaşında itkilər daha çox olur. Hamıdan çox yaşayırsan və əlini atırsan dostun, güvəndiyin adam yoxdur. Qoca insan... Heç o sözü demək də istəmirəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər