Rəqqasə Fatimə Fətəliyeva “Sözbaz” verilişində şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, o, ikinci evliliyinin bitməsi haqqında bu sözləri deyib:
“Birinci evliliyim kimi ikincidə də böyük problemlər oldu. Şəxsi həyatımda xoşbəxt olmadım. Günlərin bir günü uşağı məktəbə aparırdıq. Bir də gördük, sanki Ancelina Coli ilə Bred Pitt gəlib. Hər yerdə şəkillərimiz yayıldı. Evdə qırğın oldu. Həmişə bu haqda danışmaqdan uzaq olmuşam.
Oğlumun atası çox gözəl insandır. Həmişə deyirəm ki, Allah mənim canımı alsın, onun ömrünü uzun etsin. Nə yaxşı ki, oğlumu belə bir kişidən dünyaya gətirdim. Hər kəsə nəsib olsun. Qeyd etdiyim fikirlər səmimi, daxildən gələn sözlərdir.
Amma Aydanın atası haqqında bu sözləri deyə bilmərəm. Mümkün deyil! Həqiqətən Hüseyn də xoşbətdir ki, onun elə atası var.
Aydanın atası da Xəyaldan ayrılmaq məsələsinə gəlincə, bu haqda danışmayaq. Birincisi, bizim toy mərasimimiz olmayıb. Bəzi ağzıgöyçəklər yazırlar ki, camaatın ailəsini dağıtmısan. Mən heç kimin ailəsini dağıtmamışam. Hüseynin bir bacısı var, o da Aydandır. Bunu da deyim, biləsiniz".
Qeyd edək ki, Fatimə Fətəliyeva iki dəfə evli olub. Onun ilk nikahından Aydan, ikinci evliliyindən isə Hüseyn adlı oğlu var.