10 Aprel 14:56
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri hüquq-mühafizə orqanlarına müraciət edib.

Teleqraf.com xəbər verir ki, buna səbəb ifaçı haqqında yayılan xəbər olub.

Nura Suri bu haqda İnstaqramda hekayə bölümündə məlumat verib: "Hüquq-mühafizə orqanlarına təşəkkür edirəm, şikayətimə baxıldı. Feysbukda bir səhifə və bir sayt haqqımda yazılan xəbərə elə bir başlıq yazmışdı ki, hamı da girib orada məni söyürdü. Düşünürəm ki, məqsədyönlü yazılmışdı. Çünki daxil olub, baxdım ki, bütün müğənnilər haqqında xəbərlərə elə başlıq yazırlar. Ötən gün hüquq-mühafizə orqanlarından zəng vurdular, sabah üçün çağırdılar. İnşallah o, adamla üzləşəcəm. Niyə belə bir addım atdığını və kim olduğunu biləcəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər