Türkiyəli aktyor Burak Özçivit və aktrisa Fəxriyyə Evcən Bakıya gəlib.
Teleqraf.com-un məlumatına görə, aktyorlar bu axşam Nizami Kino Mərkəzində rol aldıqları “Eşq sənə bənzər" filminin qala gecəsində iştirak edəcəklər. Gecəyə filmin yaradıcı heyəti də qatılacaq. Aktyorlar çəkdirdikləri şəkilləri “Instagram” hesabların paylaşıblar.
Burak “Bakıya gəldik. Nizami Kino Mərkəzində, saat 19:00-da hamını gözləyirik”, - deyə yazıb.
Fəxriyyə “Biz komandayla Bakıya gəldik! Saat 19.00-da Nizami kinoteatrında azəri izləyicilərimizlə görüşürük. Hərkəsi gözləyirik” yazıb.
Rüstəm