29 Yanvar 2015 17:21
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur müğənnilərindən Sərdar Ortaç özündən 22 yaş kiçik olan həyat yoldaşından danışıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi hər kəsi təəccüblən açıqlamalar verib. O xanımını razı salana kimi çox əziyyət çəkdiyini bildirib: "Yeni tanış olduğumuz vaxtlarda Kloenin dilində pirsinq var idi. Pirsinqi çıxartması üçün 6 ay yalvardım. Qəribə geyim stili var idi, cırıq cinslər geyinirdi. Onu da dəyişdirdim. İndi də ən çox iki rəngli saçına görə əsəbiləşirəm” deyən Sərdar Ortaç həyat yoldaşının indi daha zövqlü geyindiyini düşünür.

Bu açıqlamaları eşidən Kloe ərinə cavab verməkdə gecikməyib: "Serdara uyğunlaşa bilmək üçün gəncliyimi əldən verdim. Amma onsuz bir həyat istəmirəm. Çünki məni çox sevdiyinini düşünürəm”.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər