22 Aprel 23:59
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq artisti Mələkxanım Eyubovanın qızı, rəssam Nəzrin Nəcəfova müğənni Mərdan Kazımovla məkanların birində toy mərasimi baş tutub.

Teleqraf.com xəbər verir ki, Nəzrin Nəcəfovanın toy mərasimində ailə üzvləri, yaxınları və sənət adamları iştirak ediblər.

Toy mərasiminə xalq artistləri Alim Qasımov, Röya Ayxan, Niyaməddin Musayev, əməkdar artist Fərqanə Qasımova və bir çox sənət adamları qatılıblar.

Xalq artisti Röya Ayxan "İki sənət adamının toyudur və sevərək də gəldim",-deyə təəssüratını bölüşüb.

Toy mərasiminin aparıcısı Azər Süleymanlı olub.

Qeyd edək ki, cütlüyün nişan mərasimi ötən ilin oktyabrında baş tutub.


Müəllif: Rəqsanə Həsənova