Hollivudun tanınmış gənc aktyor Teylor Lotner rejissor Daniel Benmaurun yeni "Treyserlər" filmində baş rolu ifa edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, filmdə əsas hadisələr baş qəhrəman Kem (Lotner) adlı oğlanın ətrafında baş verir. O, kuryer olaraq çalışır, velosipeddə gəzir və hansısa səbəbdən cinayətkar qruplaşmaya pul borcludur. Ən maraqlısı isə Kemin velosipedlə təsadüfən biri qızı (Mari Avqeropulos) vurmasından sonra başlayır. Həmin qız onu parkur dünyası ilə tanış edir və qaçmaqda yardımçı olur. Film geniş prokata bu yaz çıxacaq.
Qeyd edək ki, aktyor Teyler Lotner “Alatoranlıq” filmləri ilə məşhurlaşıb.
Teleqraf.com videonu təqdim edir :
Rüstəm