Müğənni Aysun İsmayılova sosial şəbəkədə onu təhqir edən şəxsdən Bakı şəhər Baş Polis İdarəsinə şikayət edib.
Teleqraf.com xəbər verir ki, Aysun İsmayılova bu haqda "Tarixin bir günü" verilişində məlumat verib:
"İki dəfə Bakı şəhər Baş Polis İdarəsinə şikayət etmişəm. Həmin şəxslər tapılıb. Hazırda isə bir şəxslə bağlı araşdırma gedir. Bəziləri düşünür ki, sosial media hesabımda izləyicim çoxdur, görməyəcəm, baxmayacam. Amma elə deyil. Bizim də boş vaxtlarımız olur, sosial media hesabımıza baxırıq. İşçilərimiz də var.
Bir xanım saxta profil ilə məni təhqir etmişdi. Elə yazmışdı ki, sanki yanımda olub və bu hadisəni bilir. Ona yazdım ki, sizdən Bakı şəhər Baş Polis İdarəsinə şikayət edəcəm. Hazırda araşdırma gedir.
Məni bloka atdı. Düşündü ki, artıq tapılmayacaq. Amma elə bir hal yoxdur. Sizi təhqir edən şəxslərdən şikayət edin. Bir-iki gün ərzində tapır və cəzalandırırlar".
Qeyd edək ki, Aysun İsmayılova vəkil Ramil Vəliyevlə evlidir.