Xalq artisti Faiq Ağayev "Rəngarəng səhər" verilişində həmkarı Aygün Kazımova haqqında açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, xalq artisti aparıcı Zaur Nəbioğlunun “Aygün Kazımova ilə sevgili olmusunuz” sualına “Mən onu 35 ildir tanıyıram. Bu 35 ildə onu sevmişəm, hətta yabalaşan vaxtı da... Biz sənin nəzərdə tutduğun “sevgili” olmamışıq. Mən Aygünü həmişə sevmişəm. Aygün mənə hər zaman deyir ki, məni bu həyatda səndən çox sevən olmayıb", - deyə cavab verib.
Faiq Ağayev aparıcının "Mənə 2008-ci ildə dedilər ki, Aygün Kazımova ilə Faiq Ağayev sevgili olub" replikasına isə belə reaksiya verib: "O, adamın dilindən sağalmayan çiban çıxsın, yalan danışır. Mən Aygün Kazımova ilə heç vaxt sevgili olmamışam. O, mənim üçün dostdur, bacıdır, sirdaşdır. Amma pərdənin digər tərəfinə keçməyimişik. Bu, yalan söhbətdir, amm sevgili olsaydıq, hər ikimiz razı qalardıq. Digəl "iki qoçun başı bir qazanda qaynamazdı". O işdə, mən işdə... Nə sevgi olacaqdı?.."