Tanınmış müğənni Rihanna “İ-D Magazine” jurnalının siması olub.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, ifaçı jurnal üçün yarıçılpaq fotosessiya etdirib. Fotoların müəllifi tanınmış fotoqraf Paolo Rovesidir. Fotosessiya üçün böyük ölçülü cins şalvar geyinən ifaça qranj stilli saç düzümünə üstünlük verib.
Jurnalın kreativ direktoru olan Alester Makkim ifaçı haqqında bunları deyib:
“Rihannanın enerjisi və entuziazmı heç nə ilə müqayisə edilən deyil. Rihanna ən kreativ və istedadlı qadınlardan biridir. O, “dövrünün əsl ikonası”dır!”
Teleqraf.com onun fotolarını təqdim edir:
Rüstəm