Tanınmış müğənni Şakira və həyat yoldaşı futbolçu Pikenin iki övladı dünyaya gəlib.
Teleqraf.com Goal.com-a istinadən xəbər verir ki, 37 yaşlı müğənni ikinci oğlunu Barselonanın "Quiron Tecknon" xəstəxanasında dünyaya gətirib.
İfaçının rəsmi saytında yer alan məlumata görə artıq yeni doğulan körpənin adı məlumdur. Körpəyə yunan və rus əsilli Saşa adı qoyulub. Bu adın mənası isə “insanlığın müdafiəçisi” və “döyüşçü” deməkdir.
Futbolçunun atası Amador Bernabeonun dediyinə görə, Saşa daha çox Pikeyə oxşayır. O, ilk nəvəsi Milanın Şakiraya oxşadığını bildirir.
Rüstəm