9 İyun 17:07
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı Doğuşun səhhətindən danışıb.

Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı "Günaydın Azərbaycan" verilişində bu sözləri deyib:

"Doğuşun səhhətində problem olan zaman qorxusundan mənə deməyib ki, Azərbaycanda əməliyyata gedib. Böyrəyində kista var idi. Ona demişdim ki, dərhal bilet alıb, Türkiyədə əməliyyat olunmaq lazımdır. Mənimlə razılaşmışdı ki, Türkiyəyə gedir. Sonra Azərbaycandakı uroloq mənə zəng edib və hər şeyin normal olduğunu dedi. Mən də söhbətin nədən getdiyini bilmirdim. Həkimdən soruşdum ki, nə normal oldu? O, cavab verdi ki, "Doğuşun əməliyyat edilməsindən xəbəriniz yoxdur? Artıq xəstəxanada palataya köçürülüb, günortadan sonra ziyarət edə bilərsiniz. Doğuş da mənə idmana, sonra da görüşü olduğu üçün səhər yeməyinə gedəcəyini bildirmişdi"

Qeyd edək ki, Doğuş yaxın günlərdə böyrəklərindən üçüncü dəfə əməliyyat olunduğunu açıqlamışdı.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər