Aparıcı Çinarə Əliyeva ilk dəfə övladını itirməsindən danışıb.
Teleqraf.com xəbər verir ki, aparıcı İnstaqramda açıqlama yayıb: “Bu postum izləyicilərim üçündür. Artıq hadisədən xəbəriniz var. Çox çətin anlar yaşayıram. Bilirəm, bu da keçəcək. 28-ci həftədən bu təhlükəni bilirdik. Amma şansımız var deyirdik. Artıq görünəndə gec idi. Mən də dedim ki, uşaq qalsın. Əməliyyat edək, bəlkə, 5 faiz yaşamağa şansı olar. Yenə də hər şey Allahın əlindədir. Demək belə olmalı imiş.
Azərbaycanın ən savadlı həkimlərini gəzmişik. Hamı eyni şeyi deyirdi. Bir onu deyim ki, mən indi əziyyət çəkirəm. İnşallah, Allahım mənə bir daha ana olmağı nəsib edər. Buna çox inanıram. Allah heç bir zaman məni darda qoymayıb”.
Qeyd edək ki, Çinarə Əliyeva 2023-cü ildə plastik-cərrah Ruslan Rəsul ilə ailə qurub.