"Karib dənizinin quldurları" filminin aktyoru Tamayo Perri Havayda sörfinqlə məşğul olarkən köpək balığının hücumuna məruz qalıb.
Teleqraf.com Daily Mail-ə istinadən xəbər verir ki, daha sonra sahilə gətirilən Perrinin öldüyü bildirilib.
Xəbərdə deyilir ki, köpək balığı aktyorun bir qolu və bir ayağını yeyib. Perri serialın dördüncü filmi olan "Karib dənizinin quldurları" filmində dəniz quldurlarından birini canlandırıb. Perri Karib dənizinin quldurları ilə yanaşı, "Lost", "Hawaii Five-0", "Blue Crush" və "Charlie's Angels 2" kimi filmlərdə həmçinin "Coca-Cola"nın reklamında çəkilib.