25 İyun 12:15
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avroviziya" təmsilçilərimiz şairə Zəhra Bədəlbəylinin toy mərasimində bir araya gəliblər.

Teleqraf.com xəbər verir ki, Tamerlan adlı bəylə nikah masasına əyləşən Zəhra Bədəlbəylinin toy mərasimində Nigar Camal, Aysel Adıgözəlzadə, Safura Əliyeva, Dilarə Kazımova qonaq qismində iştirak ediblər.

Nigar Camal toy mərasimindən görüntüləri şəxsi İnstaqram hesabında paylaşıb.

Qeyd edək ki, Zəhra Bədəlbəylinin toy mərasimində xalq artisti Tünzalə Əliyeva, əməkdar artist Bəhram Bağırzadə və bir çox tanınmışlar iştirak ediblər.


Müəllif: Rəqsanə Həsənova