27 İyun 21:07
4 931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur rusiyalı müğənni Alsu və bakılı əri, iş adamı Yan Abramov arasında boşanma üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Abramovun Alsuya külli miqdarda pul ödəcəyi məlum olub.

Bu barədə tanınmış jurnalist Kseniya Sobçak öz "Telegram" kanalında məlumat verib.

O, Alsu və Abramovun boşanmaları ilə bağlı müqavilənin şərtlərini açıqlayıb. Sobçakın sözlərinə görə, onların münasibətləri həddindən artıq gərginləşib və yalnız vəkilləri vasitəsilə ünsiyyət qururlar. Buna baxmayaraq, Yan Abramov böhranın sülh yolu ilə həllinə köklənib və səs-küylü proseslərin olmasını istəmir.

Abramov boşanma prosesinin çətin olmaması üçün 2,5 milyard rubldan (49 milyon manatdan çox) çox dəyərində aktiv və əmlakın Alsu və uşaqlara verilməsini təklif edib.

Sobçakın əlində olan sənədlərə görə, Yan Abramov müğənniyə Kiprdə 450 milyon rubl (təxmini 9 milyon manat) dəyərində villanı, 500 milyon rubl (təxmini 10 milyon manat) dəyərində ailənin zərgərlik kolleksiyasını verməyə, həmçinin razılaşdırılmış ödəniş cədvəlinə uyğun olaraq ona 250 milyon rubl (5 milyon manata yaxın) ödəməyə hazırdır.

O, eyni zamanda Alsunu və öz varislərini rahat həyatla təmin etməyə davam edəcək, onların tərbiyəsində maddi yöndən iştirak edəcək və ulduzun malikanəsində çalışan işçilərin xidmətlərini ödəyəcək. Yan həmçinin 771 milyon rubl (16 milyon manata yaxın) dəyərində olan dəbdəbəli penthausu da uşaqların adına keçirməyi təklif edir.

Kseniya Sobçak qeyd edib ki, Yan Abramovun təklif etdiyi məbləğ ölkədəki bütün aliment ödəyicilərinin borclarını bağlaya bilər.

Xatırladaq ki, Alsu və Bakıda anadan olmuş Yan Abramov 18 illik evlilikdən sonra boşanırlar. Alsu Abramovun rusiyalı model, həmçinin reper Timatinin keçmiş sevgilisi olan Anastasiya Reşetova ona xəyanət etdiyini təsdiqləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər