4 İyul 17:43
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Hacı Nuran əməkdar artist Allahverdi Yolçuyevi xəstəxanada ziyarət edib.

Teleqraf.com xəbər verir ki, Hacı Nuran əməkdar artistlə fotosunu İnstaqramda paylaşaraq "Sənətçi beyin pili əməliyyatı keçirdi. Çox yaxşı görünürdü. Mənimlə xeyli söhbət etdi. Hətta etiraf etdi ki, bu cür ağır əməliyyatın yerli həkimlər tərəfindən həyata keçiriləcəyinə və uğurlu nəticəyə əmin deyildi", - deyə vurğulayıb.

Qeyd edək ki, Allahverdi Yolçuyev parkinson xəstəliyindən əziyyət çəkirdi. Əli əsən aktyor bir müddət əvvəl əməliyyata ehtiyacı olduğunu açıqlamışdı.


Müəllif: Rəqsanə Həsənova