"Şərhlər çox yazılsın, video çox yayımlansın deyə nə qədər ədalətsiz başlıqlı videolar görürəm gün ərzində. Məsələ burasındadır ki, bunları edən heç jurnalistlər də deyil, adi insanlardır".
Teleqraf.com xəbər verir ki, bunu müğənni Xatirə İslam sosial media hesabında yazıb.
O daha sonra əlavə edib:
"Görəsən kimsə kiminsə haqqına girəndə heç ürəyində narahat olur ki, birdən ziyan çəkərəm, başıma nəsə gələr? Bu həyatda hər şeyin bir bədəli var"