"Həyat yoldaşımdan ayrılmağımın səbəbi haqqında danışmamışam. Ayrılmaq qərarı verilibsə, onun arxasında ciddi səbəblər var. Ayrılıq qərarını mən yox, qarşı tərəf vermişdi. Buna görə də ona çox minnətdaram".
Teleqraf.com xəbər verir ki, bu sözləri Kanal S-də əməkdar artist Lalə Məmmədova keçmiş həyat yoldaşı İlham Qafarov haqqında danışarkən deyib:
"Amma o dövrdə ayrılıq qərarı mənə böyük zərbə idi. Çünki bətnimdə bir övladım var idi. Bu həyatda iki ömür sürmüş insanam. Mənə ayrılaq demədi, birbaşa məhkəmədən boşanma haqqında sənəd gəldi. O vaxt qərar vermişdim ki, övladımı dünyaya gətirəcəm. Allahın verdiyi paydır.
Düşünürəm ki, ayrılıq qərarını daha tez verərdim. Nələrdən keçmədim ki. Mənə öncə sənətim kömək oldu, ən son ana qədər işlədim və maddi baxımından heç kimdən asılı olmadım. Atası ikinci uşağı istəmirdi və əsas ayrılıq səbəblərindən biri də bu idi. Qızlarım ataları ilə görüşmürlər. Mən tərəfindən heç bir problem yoxdur. Sadəcə ataları görmək istəmir".