Əməliyyatdan sonra İbrahim bəy mənə görüntülü zəng elədi. Bomba kimiydi, çox yaxşıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin məşhur müğənnisi Hülya Avşar yaxın dostu İbrahim Tatlısəsin səhhəti barədə danışarkən deyib.
Ürək əməliyyatı keçirən İbrahim Tatlısəsin oğlu da atasının vəziyyətinin yaxşı olduğunu, palataya köçürüldüyünü deyib.
Qeyd edək ki, Tatlısəs əməliyyatdan öncə onu sevənlərdən halallıq istəmişdi.