25 İyul 14:52
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov Bakıya köçməsindən danışıb.

Teleqraf.com xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Hüseyn yayı Bakıda dəniz kənarında olan evində keçirəcəyini vurğulayıb. Emin bildirib ki, Azərbaycanda biznes qurur.

"Artıq tikintiyə başlamışıq. Bu, kompüter klubları şəbəkəsi olacaq" deyə, Hüseyn vurğulayıb.

Ailə qurmaq istədiyini deyən Hüseyn "Dünən anamı gəlin namizədləri ilə tanış etdim. Hələ seçim etməmişəm, amma evlənmək istəyirəm. Milliyətinin önəmi yoxdur. Əsas tərbiyəli və yaxşı olsun" sözlərini əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər