Müğənni Zamiq Hüseynov yeni klipini təqdim edib.
Teleqraf.com xəbər verir ki, "Dərya" adlı yeni mahnıya çəkilən ekran işi ritmik notları, həmçinin sevgi göndərmələri ilə diqqət çəkib. Klip sadə süjet xətti ilə seçilir. Eşq, səhra, yağış Zamiqin bu layihəsini də tutarlı edib.
Qeyd edək ki, bəstənin müəllifləri Tural Bağırzadə və FTB-dir. Klipin rejissorluğu Samirə Xasməmmədovaya həvalə olunub. Hüseynovun stili və "make - up"ı, ərzində Elnur Həsənov çalışıb.