1 Avqust 13:54
1 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nabranda yerləşən "Maralgöl"ə ayağınızı basmayın. Biabırçılıq, yiyəsizlik, özbaşınalıq və rəzillik..."

Teleqraf.com xəbər verir ki, bu sözləri teleaparıcı Saleh Bağırov İnstaqramda hekayə bölümündə yazıb:

"Müştəriyə davramış mədəniyyəti sıfır, xidmət sıfır. Yemək yemirsənsə, çay içmək qadağandır. Təkid edirsənsə, 20 manat dəyəri olmayan dəstgahı 50 manatdan aşağı olmamaqla götürməyə məcbursan. Hünərin var, etiraz elə... Rəhbərlik nazla, könülsüz yaxınlaşır və "mövsümdür, qazanmalıyıq" - deyə izah verir. Bax, sözügedən obyekt və bir çoxları bu vəziyyətdədir... Özünə hörmət edən belə rəzil məkana ayaq basmaz".



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər