12 Avqust 19:47
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Afaq Bəşirqızı ATV-də yayımlanan "Şən gənc" verilişində gəlin-qayınana münasibətindən danışıb.

Teleqraf.com xəbər verir ki, Afaq Bəşirqızı aparıcı Aysel Novruzovanın: "Gəlin qayınananı yola verməlidir, yoxsa qayınana gəlini..." sualına belə cavab verib: “Qayınana gəlini yola verib utandırmalıdır. Gəlini bir-iki dəfə utandırmalıdır, artıq o, üçüncü dəfə biləcək ki, məsafə nədir. Çünki qayınana həm gəlindən yaşlıdır, həm dünyagörüşlüdür, həm də qayınana gəlini öz evinə gətirib. İnsan iynə udanda həkimlər o dəqiqə əməliyyat edirlər. Bədən yad cisim götürmür. Əlbəttə ki, qayınana yola verir, amma gəlin nadürüst çıxanda qayınana buna nə etsin?!”



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər