Meyxanaçı Xəyyam Əhmədlinin səhhəti pisləşərək xəstəxanaya yerləşdirilib.
Teleqraf xəbər verir ki, bu haqda aktyor Elcan Rəsulov sosial media hesabında məlumat verib.
Aktyor meyxanaçının təcili yardım maşınına yerləşdirilərkən çəkilən videosunu paylaşaraq
"Xəyyamın vəziyyəti yenə ağırlaşıb. Bu dəfə heç əməliyyat da etmək olmaz. Oqtay Kamil dedi ki, aparata qoşulmalıdır. O da 150 min dollardır. Xəbəri dostlarla paylaşın, görək nə baş verir. Allah köməyi olsun", - deyə qeyd edib.